66a8f7d45a9c9202407242524
Leysan, dolu, sel... - Azərbaycanda bu tarixdən hava KƏSKİN DƏYİŞİR!

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında İyulun 31-i əsasən gündüz, avqustun 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Panarama.az bildirir ki, bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

30.07.2024 18:24
673

(MGID): :
OXŞAR XƏBƏRLƏR