67530e1ba2e83202412244547
Leysanla bağlı - Xəbərdarlıq

Bu gün axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı gözlənilir.

OLAY yazır ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 7-si axşam şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda isə sululuğun artacağı ehtimal olunur.

06.12.2024 18:44
1033

(MGID): :
OXŞAR XƏBƏRLƏR