Liviya paytaxtının cənubunda silahlı toqquşmalar başlayıb.
Panarama.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Libya əl-Əhrar" telekanalı məlumat yayıb.
Hazırda Ayn Zara və Salah əd-Din bölgələrində atışma səsləri eşidilir.
Tibb müəssisələri fövqəladə vəziyyətə keçib, lakin itkilər barədə məlumat yoxdur.
Tripolinin cənubundakı gərginliyin paytaxt hərbi dairəsinin qoşunlarına daxil olan və Liviya Prezidenti Şurasına bağlı olan 444-cü briqada komandirlərindən birinin beynəlxalq hava limanında saxlanması ilə bağlı olduğu ehtimal edilir.