64ff0b6b1e86d202309234323
Maddələr mübadiləsini sürətləndirən SƏHƏR VƏRDİŞLƏRİ

Maddələr mübadiləsini gücləndirmək və çəkini idarə etmək yaşlandıqca çətin ola bilər. Lakin çəkinizdə fərqi yarada biləcək səhər vərdişləri var, xüsusən də 40 yaşınız varsa.

Panarama.az xarici KİV-ə istinadən xəbər verir ki, dietoloq Meri Sabat arıqlamaq üçün üç əsas vərdişi tövsiyə edi.


1. Məşq edin


Gündəlik idmanı səhər rejiminə daxil etmək çox vacibdir. Kardionu (gəzinti, qaçış və ya velosiped sürmə kimi) güc məşqləri ilə birləşdirmək əzələ kütləsini yaratmağa kömək edir və bu, hətta istirahətdə də kalori yandırır.

Yaşa bağlı əzələ itkisinin qarşısını almaq və sağlam çəki saxlamaq üçün həftədə 2-3 dəfə güc məşqləri etmək tövsiyə olunur. Daimi məşq də insulinə həssaslığı və ümumi metabolik funksiyanı yaxşılaşdırır.


2. Balanslaşdırılmış yüksək proteinli səhər yeməyi


Qidalanma maddələr mübadiləsində və arıqlamada mühüm rol oynayır. Sabat yağsız zülallar, tam taxıllar, sağlam yağlar, meyvə və tərəvəzlərdən ibarət qidalandırıcı pəhrizin vacibliyini vurğulayır.

Zülalla zəngin qidalar həzm üçün daha çox enerji tələb edir, doymağı təşviq edir və qan şəkərinin səviyyəsini sabit saxlayır, enerjinin pozulmasının qarşısını alır.


3. Stressin idarə edilməsi


Stress, xüsusilə yaşlandıqca maddələr mübadiləsinə və arıqlamağa mənfi təsir göstərə bilər. Xroniki stress maddələr mübadiləsini yavaşlada və kilo almağa kömək edən hormonal balansı pozur. Meditasiya, dərin nəfəs alma, yoqa və ya xoş hobbilər kimi stressi azaltma üsullarını gündəlik iş rejiminə daxil etmək lazımdır.

Fərdi amillər maddələr mübadiləsinə təsir göstərsə də, bu səhər vərdişləri böyük fərq yarada bilər.

11.09.2023 16:41
213

(MGID): :
OXŞAR XƏBƏRLƏR