64da9e3d787ca202308233557
Mahaçqalada partlayış: 12 ölü, 50 yaralı

Partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Bu barədə Rusiyanın "Baza" Teleqram kanalı məlumat yayıb.

Hadisə nəticəsində 50-dən çox insan yaralanıb, ölənlər arasında uşaqlar da var.

Yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.

-------

01:11

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində "Qlobus" ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib, azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Panarama.az  axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanallarında məlumat yayılıb.

Xilasetmə xidmətləri hadisə yerindədir.

Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım xidmətləri göndərilib.

15.08.2023 01:33
180

(MGID): :
OXŞAR XƏBƏRLƏR