65d04d74c3f53202402240852
Manaf həyat yoldaşından danışdı: “Mənə deyir ki, “görməmişsən”

Müğənni Manaf Ağayev həyat yoldaşı barədə danışıb.

Panarama.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, geyimlərindən söz salan ifaçı, arvadının onun geyimlərinə etiraz etdiyini bildirib.

O, bahalı geyimlər geyindiyini deyib: "Arvadım deyir ki, "sən görməmişsən". Mənim geyimlərdən xoşum gəlir. Sevirəm geyinməyi. Vacib deyil ki, bahalı olsun. Adam var ki, elə kostyuma elə pul verir, mən onu etmərəm. Çünki o geyimi 2-3 dəfə geyinirəm də, nə dəyər.  Ondan sonra da verirəm dostlarıma, qardaşım oğluna, qohumlarıma".

17.02.2024 10:07
1106

(MGID): :
OXŞAR XƏBƏRLƏR