Çox möhkəm asqıranda, qabırğalardan biri qırıla bilər
Asqırmağın qarşısını almaq boyunda damarın zədələnməsinə səbəb ola bilər
Donuzlar heç vaxt başlarını yuxarı qaldıra bilmir
Dünya əhalisinin demək olar ki, 50 faizi telefondan istifadə etmir
1 saat qulaqlıqdan istifadə qulaqdakı mikrobların sayını 700 faiz artırır
Barmaq izləri kimi hər insanın özünəməxsus dil izi də var
Betxoven son əsərini kar halda bəstələyib
Eyfel qülləsinin hazırlanmasında 6400 ton ağırlığında 18.100 ədəd dəmir parçasından istifadə edilib
İnsan orqanizmindəki bütün damarların uzunluğu 15 min km-dir
Bir futbolçu topa hər dəfə başı ilə vuranda, beynində min hüceyrə ölür
İnsanın baçında orta hesabla 30.000-100.000 ədəd saç var. Hər gün onlardan 100-ü tökülür.
Amerikalıların 60 faizi ölkələrini xəritədə tapa bilmir
Dünyadakı kişilərin 10, qadınların isə 8 faizi solaxaydır.
Qədim Çində valideynlərin ad günündə verilən ən yaxşı hədiyyə tabut hesab olunurdu.
Günəş sisteminə daxil olan bütün planetləri bir tək Yupiterin içinə sığdırmaq mümkündür.
Britaniya kraliçasının imperiya tacında düz 1783 brilyat qaş düzülüb. Onların arasında ən məşhuru 309 karatlıq «Afrika ulduzu»dur.
Heç bir kağız vərəqini yeddi dəfədən artıq bərabər qatlamaq mümkün deyil.
Kişilər qadınlara nisbətən üç dəfə çox intihar edirlər. Ancaq qadınlar kişilərdən üç dəfə artıq intihar cəhdi edirlər.
Dünyada ən çox poçt şöbəsi olan ölkə Hindistandır. Orada 152 792 poçt şöbəsi fəaliyyət göstərir.
1950-ci ildə Çində orta insan ömrü 35 il olduğu halda, 2000-ci ildə bu rəqəm 70-ə çatıb.
39-cu ABŞ prezidenti Cimmi Karter dəqiqədə 2000 söz sürətlə oxumağı bacarırmış.