Bəs bu qanunidirmi?
Panarama.az Referans.az-a istinadən məlumat verir ki, məsələyə hüquqşünas Ramil Süleymanov münasibət bildirib ki, bu məsələ bir çox vətəndaşın qarşılaşdığı problemdir:
“Bir sıra geyim mağazaları, hətta brend geyim mağazalarında belə bu kimi problemlərlə rastlaşırıq. Həmin mağazalarda alış-veriş etdiyimiz zaman onlar müasir kassa aparatları tərəfindən ödənişi təsdiq edən üzərində ƏDV geri qaytarılması QR kodu olan və müvafiq kodu verən çeklər təqdim edirlər. Lakin bizi onu yoxladığımız zaman bu çek üzrə vergi ödəyicisinin ƏDV ödəyicisi olmadığı ortaya çıxır. Belə bir halla qarşılaşan vətəndaşlar bilməlidirlər ki, həmin vergi ödəyicisinin illik dövriyyəsi 200 min manatı keçmir və nəticə etibarilə onlar ƏDV ödəyicisi kateqoriyasına girməmiş olurlar”.
Hüquqşünas bildirib ki, vətəndaşlar əllərindəki çekin üzərindəki VÖEN-ni Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron portalında ƏDV ödəyicilərinin yoxlanılması var. Onun sözlərin görə, həmin bölmə üzrə müvafiq VÖEN yazmaqla həmin marketin ƏDV ödəyicisi olub, olmadığını müəyyən etmək olar: “Əgər orada müəyyən olunarsa ki, bu VÖEN ƏDV ödəyicisidir, lakin verilən çekdən ədv qaytarılmırsa, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron şikayət bölməsinə müvafiq çeki göndərsinlər müraciət etsinlər”.
Ramil Süleymanov qeyd edib ki, bu hal vergidən yayınmadır. Buna görə İnzibati Xətalar Məcəlləsində cinayət məsuliyyəti müəyyən olunmuşdur. Ancaq elə vergi ödəyiciləri var ki, onlar, həqiqətən də, ƏDV ödəyicisi olaraq qeydiyyatdan keçiblər, lakin onlərin illik dövriyyəsi 200 min manatı keçmədiyinə görə, məsuliyyətli vergi ödəyiciləridir. Buna görə də, üzərində ƏDV QR kodu olan çeki təqdim edirlər və onların bu davranışı təqdirə layiqdir.
Marketinq mütəxəssisi Bəylər Əlizadə Referans.az-a açıqlamasında qeyd edib ki, istənilən bir ticarət obyekti müştəriyə ƏDV çekini təqdim etməlidir:
“Bu halla daha çox bəzi kiçik pərakəndə satış obyektlərində qarşılaşılır. Marketlər ya ƏDV çekini, təqdim etmirlər ya da ƏDV çekinin veririlər, lakin onu oxutdurduğumuz zaman bizə heç bir Əlavə Dəyər Vergişi qaytarılmır. Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanda bəzi məhsullar Əlavə Dəyər Vergisindən azaddır. Amma belə olan təqdirdə, çeki yoxladığımız zaman bu barədə orada məlumat verilir. Hər hansısa bir marketin və ya ticarət obyektinin müştəriyə çek qaytarmaması birmənalı olaraq qanun pozuntusudur”