659baa227e161202401245410
Martda 15 gün iş olmayacaq

Mart ayında qeyri-iş günlərinin sayı məlum olub.

Panarama.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, 8 mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.

Beləliklə şənbə və bazar günləri də daxil olmaqla martda 15 gün iş olmayacaq.


08.01.2024 11:45
401

(MGID): :
OXŞAR XƏBƏRLƏR