65e1778c99902202403243700
Martda 16 gün dincələcəyik - Bu tarixlərdə iş olmayacaq

Bu gündən bayramlar ayı sayılan mart daxil olub.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, martda 16 gün iş olmayacaq.

 

Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart tarixləri isə Novruz bayramı günləridir.

 

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.

 

Beləliklə, bu ay bayram, şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 16 gün iş olmayacaq.

01.03.2024 10:36
480

(MGID): :
OXŞAR XƏBƏRLƏR