6549aa1a3dcb1202311230810
Masallıda 27 yaşlı qadın qətlə yetirilib, atası saxlanılıb

Noyabrın 07-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyn qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Panarama.az bildirir ki, bu barədə "Report"a DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə qadının atası, 1969-cü il təvəllüdlü Şükürov Hüseyn Qurban oğlu şübhəli bilinir. O, saxlanılıb.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

07.11.2023 07:05
510

(MGID): :
OXŞAR XƏBƏRLƏR