65ecc28b5be38202403241155
Masallıda noxud sahələri iki dəfə artıb

Masallı rayonunda noxud sahələri iki dəfə artıb.

"Report"un Muğan bürosunun məlumatına görə, noxud bitkisi rayonun bir neçə kəndində əkilir.

Fermerlərin sözlərinə görə, noxud məhsulu yaxşı satıldığı üçün bu bitkinin əkininə üstünlük verirlər.

Onların bildirdiyinə görə, əsasən Pakistandan gətirilən noxud toxumu əkilir. Çünki bu toxumlar yüksək məhsuldarlığa malikdir. Həmçinin xəstəlik və zərərvericilərə qarşı dözümlüdür.

Qeyd edək ki, ötən il Masallı rayonunda 259 hektar sahədə noxud yetişdirilib. Bu il isə 400 hektarda noxud səpini planlaşdırılır.


10.03.2024 00:11
380

(MGID): :
OXŞAR XƏBƏRLƏR