6749effe0428b202411244654
Masazırda fərdi yaşayış evi uçdu: ölən var

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Qeyd olunub ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.

Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

29.11.2024 20:44
91

(MGID): :
OXŞAR XƏBƏRLƏR