64ff81aaa71eb202309230754
Mehdiabadda qəza: 1 maşın çevrildi, digəri yoldan çıxdı

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Panarama.az APA-ya istinadla xəbər verir ki, qəza Novxanı-Mehdiabad yolunda qeydə alınıb. 

Hadisə “Chevrolet” markalı 99-MT-093 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Hyundai” markalı 90-SZ-646 dövlət qeydiyyat nişanlı yük avtomobilinin iştirakı ilə olub. Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb. “Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb. 

Hadisədə minik avtomobilinin sürücüsü Vurğun Həsənov xəsarət alıb, avtomobil yararsız vəziyyətə düşüb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

12.09.2023 01:08
949

(MGID): :
OXŞAR XƏBƏRLƏR