676cf19a91e77202412240306
Məhəmmədəli son mənzilə yola salınır - VİDEO

AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan 13 yaşlı Məhəmmədəli Yeganovun nəşi Azərbaycana gətirilib.

Panarama.az istinadən xəbər verir ki, Məhəmmədəlinin cansız bədənini gətirən təyyarə səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Mərhum uşağın nəşini hava limanına toplanan hər kəs göz yaşları ilə qarşılayıb.

Yaxınları Məhəmmədəli ilə Xətai rayonunda yerləşən evlərində vidalaşıblar.

Vida mərasimindən sonra mərhum dəfn edilmək üçün Suraxanı rayonundakı Tatar qəbiristanlığına aparılıb.

Qeyd edək ki, Məhəmmədəli futbolçu olub. O, “Gənclik” futbol klubunda oynayıb.

Allah rəhmət eləsin!


28.12.2024 12:52
760

(MGID): :
OXŞAR XƏBƏRLƏR