Mehriban Xanlarova ilə Dram Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə arasında qalmaqal yenidən alovlanıb.
Panarama.az Ölkə.az-a istinadən xəbər verir ki, Əməkdar artist "Instagram"da qeyd edib:
“Mehriban Ələkbərzadə, artıq bir aydır səni səssiz və təmkinlə gözləyirik ki, vicdanınla baş-başa qalacaq, cəsarətini toplayaraq şəhid qızı Məsmə Aslanqızından üzr istəyəcəksən. Nə üçün üzr istəməli olduğunu sən çox yaxşı bilirsən. Bu susqunluq artıq qəbuledilməzdir! Sənə son 24 saat vaxt veririk! Əgər bu müddət ərzində çıxıb üzr istəməsən, həmin hadisəni ictimaiyyətə açıqlayacağam!”(Yenisabah.az)