Türkiyədə məktəbə telefonla gəlmək qadağan edilib.
Panarama.az ensonhaber.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin milli təhsil naziri Yusuf Tekin açıqlayıb.
Onun sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təhvil verməlidirlər:
"Müəllimlərimizi narahat edən nizam-intizam tədbirləri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemləri həll etmək üçün cib telefonları ilə bağlı tənzimləmələr etdik. Eyni şəkildə müəllimlərimiz də pis nümunə olmamaq üçün sinifə telefonla girməməlidir", - deyə o bildirib.