64f7715ebf5d7202309232014
Məktəbə telefon gətirmək qadağan edildi...

Türkiyədə məktəbə telefonla gəlmək qadağan edilib.

Panarama.az  ensonhaber.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin milli təhsil naziri Yusuf Tekin açıqlayıb.

Onun sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təhvil verməlidirlər:
"Müəllimlərimizi narahat edən nizam-intizam tədbirləri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemləri həll etmək üçün cib telefonları ilə bağlı tənzimləmələr etdik. Eyni şəkildə müəllimlərimiz də pis nümunə olmamaq üçün sinifə telefonla girməməlidir", - deyə o bildirib.


05.09.2023 22:19
259

(MGID): :
OXŞAR XƏBƏRLƏR