Tanınmış saz ustası aşıq Namiq Fərhadoğlu son açıqlaması ilə gündəmə gəlib.
Panarama.az xəbər verir ki, aşıq qonaq olduğu televiziya efirində ona cadu edildiyini, bu səbəbdən evlənə bilmədiyini iddia edib:
"Mənə əmǝl, cadu ediblər, evlənə bilmirəm. Zarafatsız deyirəm. Bu, yüzdə-yüz belədir. Mənim həyatımda bir neçə dəfə belə şeylər olub. Elə olub ki, hayatımda qızlar olub, hakim, yaxud Bakı Dövlət Universitetində müəllim olub, dərs deyib. Yaşı da mənə uyğun olub, 32-33 yaşında. Bir-birimizi sevmişik. danışmışıq, görüşmüşük, gəzmişik, lakin evlənmək mərhələsinə gələndə aləm bir-birinə dəyib. Baxın, tam samimi deyirəm"./sfera.az