670a70ea7aacc202410245154
“Mənə dözdüyü üçün Aygünə təşəkkür edirəm” - Kənan

Ötən gün müğənni Aygün Mahmudovanın ad günü olub. 

OLAY yazır ki, sənətçi doğum gününü “Elgizlə izlə” verilişində qeyd edib.

Canlı efirə zəng edən Aygünün həyat yoldaşı, rejissor və aktyor Kənan Mahmudov xanımını bu sözlərlə təbrik edib:

“Təəssüflər olsun ki, hazırda mən efiri izləyə bilmirəm. Hazırda Şüvəlanda xarabalığın ortasında serial çəkirəm. Tozun-torpağın içindəyəm. Heç məni belə görməyinizi arzu da etmirəm. Biz sənət sevdasıyıq. Sənətdə bir-birimizi sevmişik. Aygünü təbrik edirəm və uzun illər mənə dözdüyü üçün təşəkkür edirəm”.

Əri Kənanın bu fikirlərinə Aygün “O qədər gözəl cavab verdiki… Xoşuma gəldi” sözlərini dilə gətirib.

Aygün instaqram səhifəsində Kənanın hədiyyəsini nümayiş etdirib. Rejissor müğənni xanımına “İphone 16 pro max” telefonunu hədiyyə edib.

Qeyd edək ki, Aygün və Kənan cütlüyü 25 avqust 2008-ci ildə ailə qurublar. Onların Hüseyn, Fatimə, Zeynəb adlı övladları var.



12.10.2024 16:49
414

(MGID): :
OXŞAR XƏBƏRLƏR