Müğənni Rəvan Qarayev onu verilişində görmək istəyən aparıcılara şərt qoyub.
Panarama.az Titul.az-a istinadla xəbər verir ki, müğənni ARB-nin efirindən bütün aparıcılara səslənərək bildirib ki, onun şəxsi həyatı ilə hər hansı bir sual verilərsə, həmin dəqiqə efiri tərk edəcək.
Xatırladaq ki, R.Qarayev indiyə kimi iki dəfə ailəli olub. Onun ilk evlilikdən 15 yaşında Ayan adlı qızı var. Eyni zamanda müğənninin Günay Rəhimova adlı xanımla ikinci evliliyi beş il çəkib və bu nikahdan onların 10 yaşlı Xalidə adlı qız övladları var.
Qeyd edək ki, indi isə Rəvan ixtisasca həkim olan xanımla üçüncü dəfə izdivac qurub.