68018e38417fc202504252648
Meqastar Tarkanın anası vəfat etdi - FOTOLAR
Meqastar Tarkan Tevetoğlunun anası Neşe Tevetoğlu dünyasını dəyişib. Avropa turnesində olan Tarkan üzücü xəbəri alan kimi İstanbula qayıdıb.

 

Panarama.az Gununsesi.info-a istinadən Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Tarkanın anası Neşe Tevetoğlu bir müddətdir müalicə aldığı xəstəxanada ürək tutmasından dünyasını dəyişib.

Tarkan’ın acı günü: Annesi Neşe Tevetoğlu hayatını kaybetti - 1

Neşe Tevetoğlu Maltepe Cümhuriyyət məscidində günorta namazından sonra Maltəpə qəbiristanlığında torpağa tapşırılıb.

Tarkan Tevetoğlunun anası Neşe Tevetoğlu ayağındakı damar tıxanması səbəbindən 2020-ci ildə özəl xəstəxanada müalicə olunub.

Analarının xəstəliyi səbəbindən bütün qardaşların səfərbər olduqlarını bildirən Tarkan, ailə olaraq verdikləri pozaya bu qeydi əlavə etmişdi:

Tarkan’ın acı günü: Annesi Neşe Tevetoğlu hayatını kaybetti - 2

“Bu yaxınlarda anamızın keçirdiyi xəstəliyə görə bütün bacı-qardaş səfərbər olduq. Anamız sağlamlığına qovuşandan sonra xatirə şəkli çəkdirməmək mümkün deyildi. Çünki 6 bacı 10 ildən sonra ilk dəfə idi bir yerdə idi. Bu münasibətlə anamın sağlamlığına qovuşmaqda köməklik edən həkimimizə sonsuz təşəkkürlər. Həmçinin əməyi keçən bütün xəstəxana və tibb bacılarına da sonsuz təşəkkür edirəm”.

Tarkan'ın acı günü: Annesi hayatını kaybetti
18.04.2025 03:26
290

(MGID): :
OXŞAR XƏBƏRLƏR