Avropa Çempionatının 1/8 final mərhələsində "bozqurd" işarəsi tutan Türkiyə millisinin futbolçusu Merih Demiral 2 oyunluq cəza alıb.
Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Bildirilib ki, Türkiyə Futbol Federasiyası (TFF) və Merih Demiral məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Bununla da, M.Demiral 1/4 final mərhələsində Niderlanda qarşı oynaya bilməyəcək.