6687e34579475202407241253
Merih Demiralın cəzası bəlli oldu - UEFA-dan rəsmi qərar

Avropa Çempionatının 1/8 final mərhələsində "bozqurd" işarəsi tutan Türkiyə millisinin futbolçusu Merih Demiral 2 oyunluq cəza alıb.

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Bildirilib ki, Türkiyə Futbol Federasiyası (TFF) və Merih Demiral məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Bununla da, M.Demiral 1/4 final mərhələsində Niderlanda qarşı oynaya bilməyəcək. 

05.07.2024 16:12
159

(MGID): :
OXŞAR XƏBƏRLƏR