Aktyor Kadir İnanır səhər saatlarında evdə insult keçirib.
Panarama.az Türkiyə mediasına istinadən xəbər verir ki, 74 yaşlı İnanırın huşsuz halda Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparıldığı bildirilib.
Aktyorun xəstəxanada beyin tomoqrafiyası və MRT-nin nəticələri bəlli olduqdan sonra müalicə olunacağı qeyd olunub./sfera.az