Müğənni Elvin Mirzəzadə arvadından boşanıb.
Panarama.az Lent.az-a istinadla xəbər verir ki, ifaçı bu barədə öz sosial şəbəkəsində paylaşım edib.
“Üzülərək və təəssüf hissiylə demək istəyirəmki, ailə həyatımı bu gün rəsmi şəkildə sonlandırdım. Düzdür, böyük əksəriyyət bu məsələni birmənalı qarşılayacaq və boşanmanı sənətimlə bağlayacaq. Ancaq səbəb qətiyyən bu deyil. Sadəcə qismət... Keçmiş həyat yoldaşıma sayqım, hörmətim olduğu kimi qalır. İstəməzdim belə olsun, ancaq hər ikimiz üçün də xeyirlisi budur deyə düşünürəm. Bu barədə artıq heç nə danışmaq istəmirəm. Yenə də "xeyirlisi " deyib, həyatıma yalnız davam edirəm”.