6524881ecaeaa202310230918
Məşhur futbolçu Azərbaycan millisinin heyətindən ÇIXARILDI - FOTO
“Neftçi”nin futbolçusu Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.

Panarama.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi zədə səbəbindən AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya yığmaları ilə keçiriləcək matçları buraxacaq.

Təcrübəli oyunçu sözügedən qarşılaşmalara hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.

Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Azərbaycan millisi bundan 3 gün sonra Bakıda Avstriyanı qəbul edəcək./mətbuat.az

10.10.2023 03:08
330

(MGID): :
OXŞAR XƏBƏRLƏR