654f036eb4ad5202311233038
Məşhur model estetik əməliyyat zamanı öldü - FOTO

Məşhur braziliyalı model Luana Andrade dünyasını dəyişib.

Panarama.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı model dizindəki yağları çıxarmaq əməliyyat olunub.

Onun əməliyyat zamanı ürəyi dayanıb.

İddialara görə, model Sao Paulodakı özəl klinikaya gedib və orada cərrah və anestezioloq tərəfindən liposaksiya olunub.

Əməliyyat başlayandan bir neçə saat sonra Luana ağciyər emboliyası keçirib. O, təcili müayinə olunub və geniş tromboz olduğu aşkar edilib.

Məlumata görə, bu onun həyatında ilk plastik əməliyyat olub.

Qeyd edilir ki, Luana Braziliyada həm televiziya ulduzu, həm model, həm də blogger kimi böyük populyarlıq qazanmışdı./baku.ws

11.11.2023 08:28
898

(MGID): :
OXŞAR XƏBƏRLƏR