"Səhnə paltarlarımı pula çevirdim. Bəzi özəl geyimləri saxlayıram. Düşünürəm ki, 10-20 il keçəndən sonra onlarla nəsə fotosessiya, çəkiliş edərəm. Xatirədir, maraqlı olar".
Panarama.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli qonaq olduğu "Özəl" verilişində deyib.
Sənətçi bildirib ki, moda evi açdıqdan sonra hamı müğənnilikdən getdiyini düşünüb:
"Moda evi açanda çoxları dedi ki, Günay müğənnilikdən getdi. Elə deyil, indi mənim işim daha rahat olub. Atelyemdə hazırlaşıram, geyimlərim orada seçilir. Görüşlərimi orada edirəm".