Türkiyəli seysmoloq, professor Naci Görür yeni açıqlama verib.
Panarama.az BAKU.WS-ə istinadən bildirir ki, Türkiyə KİV-in verdiyi məlumata görə o, İstanbulda 100 min binada insanların ölüm gözlədiyini deyib:
"İstanbulda 100 min binada insanların ölümü gözlədiyini bilirik. Gəlin əvvəlcə o adamlarla məşğul olaq”.
Görür, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Mehmet Özhasekinin İstanbul üçün xüsusi qanun qəbul etməsi ilə bağlı danışarkən, “Xüsusi olması lazım deyil. Bütün şəhərlərdə qanunlar qəbul edək”, - deyə təklif irəli sürüb. O, ola biləcək İstanbul zəlzələsindən ən az zərərlə çıxmaq üçün edilməsi lazım olanları da açıqlayıb:
“İstanbullular zəlzələyə hazır deyilsə, heç vaxt İstanbulu zəlzələyə hazırlaya bilməzsiniz. İstanbulda insanların zəlzələ mədəniyyəti olsaydı, qanunsuz tikililər tikilməzdi. Əgər xalq zəlzələyə sahib çıxmazsa, zəlzələyə yerli hökumətlə birlikdə hazırlaşmağı unudun. Böyük zəlzələlərin baş verəcəyi dövrə qədəm qoyuruq".
Bu baxımdan seysmoloq ilk öncə qanunsuz tikililərin qarşısının alınmasına və kənd tipli şəhərin salınmasına diqqət çəkib.