66de9f236d82e202409240923
"Məsuliyyətə cəlb ediləcəksiniz" - Polisdən XƏBƏRDARLIQ!

Yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar. 

 

Panarama.az bildirir ki, bununla bağlı Sfera.az-a qurumdan məlumat verilib.

 

Qeyd olunub ki, mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsilə nəzarət ediləcək:

Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün işıqforlara verilən “yaşıl dalğa” rejimi artırılacaq”.

 

Həmçinin bildirilib ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq: “Qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər”.

09.09.2024 11:05
226

(MGID): :
OXŞAR XƏBƏRLƏR