(MGID): :
681acd83cebe1202505250331
Mətanət İsgəndərlinin konsertini işıqlandıran media nümayəndələrinə qarşı XOŞAGƏLMƏZ MÜNASİBƏT... VİDEO

Əməkdar artist Mətanət İsgəndərli solo konsertindən əvvəl media nümayəndələrinin suallarını cavablandıran zaman xoşagəlməz hal yaşanıb.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, sənətçinin prodüseri Asif Kərimov müğənniyə ünvanlanmış suallara onun əvəzindən media nümayəndələrinə qarşı aqressiv formada cavablar verib.

Belə ki, Mətanət İsgəndərliyə "27 il solo konsert verməməyinizə səbəb nə olub?" sualına prodüser sərt formada "Ən böyük maneə mənəm - Asif Kərimov. Səbəbini sənə sonra deyərəm. Onun sənə borcu yoxdur", - deyə cavab verib.

Mətanət İsgəndərli isə prodüserin jurnalistlərə qarşı bu cür davranışına səssiz qalıb.

Qeyd edək ki, bu gün Heydər Əliyev Sarayında Mətanət İsgəndərlinin "Gəl qayıdaq o illərə" adlı solo konserti baş tutub.

Ətraflı Baku TV-nin süjetində:


07.05.2025 07:01
1325

(MGID): :
OXŞAR XƏBƏRLƏR