64f289ce0b68e202309230310
Metroda dava: Gənc oğlan yaşlı sərnişini...

Nyu-York metrosunda gənc oğlan onun davranışından qəzəblənən 70 yaşlı sərnişini döyüb.

Panarama.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Hadisə avqustun 30-da Harlem şəhərindəki metro stansiyasında baş verib.

Naməlum şəxs yaşlı kişini onu danladığı üçün qatardan enərək döyüb.

Hadisəyə səbəb gəncin platformada siqaret çəkməsi olub.

Bundan narazı olan 70 yaşlı şəxs ona öz iradını bildirib.

Yaşlı şəxs gəncə metroda siqaret çəkməyin səyahət qaydalarına zidd olduğunu başa salmağa çalışsa da, o buna kəskin reaksiya verərək yaşlı adama bir neçə zərbə vurub.


02.09.2023 04:51
267

(MGID): :
OXŞAR XƏBƏRLƏR