Paytaxtın Nərimanov rayonunda marketlərdən birində qətl törədilib.
Panarama.az BAKU.WS-ə istinadən bildirir ki, ağır cinayət Rövşən Əliyev küçəsində, metronun ''Ulduz'' stansiyasının yaxınlığında baş verib.
Bu barədə polisə məlumat daxil olan kimi rayon hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gəlib baxış keçiriblər.
Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı ''qəsdən adam öldürmə''maddəsi ilə cinayət işi başlanıb.