6517e4032ea8c202309230155
Meymun uşaqlara hücum etdi, ikisini yaraladı

Yaponiyada meymun uşaqlara hücum edib.

Panarama.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Hokkaydo qubernatorluğunun Kamikava rayonunun Naqakava qəsəbəsində baş verib.

Əvvəlcə meymun beş yaşlı uşağın olduğu mənzilə girib və onun belini dişləyib.

Yarım saat sonra təcili yardıma ikinci meymun hücumu barədə məlumat daxil olub. Meymun dörd yaşlı uşağın qolundan və budundan dişləyib. Uşaqların həyatı təhlükədə deyil. Səlahiyyətlilər yerli sakinləri vəhşi heyvanlara yaxınlaşmamağa və onların diqqətini cəlb etməməyə çağırıb./lent.az

30.09.2023 13:00
329

(MGID): :
OXŞAR XƏBƏRLƏR