6692a77458f9b202407241236
Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş - YENİLƏNİB - FOTO

Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA - nın cənub bürosunun verdiyi məlumata görə meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən olunub.

İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və həyatını sonlandırıb.

Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.


-------

14:18

Lənkəranda mağazada kişi meyiti tapılıb. 

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, meyit şəhərin 2-ci mikrorayon ərazisində yerləşən meyvə satılan mağazada aşkar edilib.

Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. 

13.07.2024 20:11
1229

(MGID): :
OXŞAR XƏBƏRLƏR