65bef191d463b202402240817
Məzuniyyətə gələn hərbçi faciəvi şəkildə öldü

Məzuniyyətə gələn hərbçi faciəvi şəkildə öldü

Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Panarama.az Unikal-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü hərbçi Hakim Hüseyn oğlu Nəbiyev məzuniyyətini doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma başlanıb.

04.02.2024 06:07
2269

(MGID): :
OXŞAR XƏBƏRLƏR