Milli komandamız dünya çempionu oldu! -YENİLƏNİB.... VİDEO
Bu gün minifutbol üzrə dünya çempionatının sonuncu gündür.
Panarama.az Offsideplus.az-a istinadən xəbər verir ki, öcə yarışda 3-cü yer uğrunda oyun keçirilib.
Serbiya yığması Monteneqronu məğlub edərək bürünc medallara sahib çıxıb.
Ardınca Milli Gimnastika Arenasında bağlanış mərasimi baş tutub.
Finaldan öncə təşkil olunan konsert proqramında xalq artisti Faiq Ağayev və müğənni Mərdan Kazımov azarkeşləri coşdurublar.
Azərbaycan milli komandası Macarıstan üstələyərək tarixində ilk dəfə minifutbol üzrə çempionatının qalibi oldu.
Minifutbol üzrə dünya çempionatı
Final
Azərbaycan- Macarıstan 4:2 (ikinci hissə)
Təmkin Xəlilzadə, 3; Məhəmməd Xəlilov, 8; Rəvan Kərimov, 10; 29
3-cü yer uğrunda oyun
Monteneqro - Serbiya 0:3