Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər-arvadın evdə meyitləri tapıldı
Mingəçevirdə ər və arvad evdə ölü tapılıblar.
Panarama.az "Teleqraf"a istinadən məlumat verir ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 6 ünvanında qeydə alınıb.
Mənzildə 1961-ci il təvəllüdlü Mustafa Babayev və arvadı, 1962-ci il təvəllüdlü Sayalı Babayevanın meyitləri tapılıb.
Qeyd edək ki, onların oğlu bir müddət əvvəl Rusiyada güllələlənibmiş. Qız övladları isə ərdədir, öz ailəsi ilə yaşayır.
Faktla bağlı araşdırma aparılır.