64da7e742b5ff202308232020
MN: Qarşı tərəfin təxribatının qarşısı alınıb
Panarama.az  report.az-a istinadən bildirir ki,  avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.
Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.
14.08.2023 23:18
192

(MGID): :
OXŞAR XƏBƏRLƏR