
Monteneqro və Azərbaycan futbolçuları arasında dava düşdü - VİDEO
Bu gün Azərbaycan və Monteneqronun 21 yaşadək futbolçularından ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Panarama.az Offsideplus.az-a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç heç-heçə nəticələnib - 0:0. Hakimin final fitindən sonra isə meydançada xoşagəlməz anlar yaşanıb. Belə ki, monteneqrolu futbolçular oyunun azərbaycanlı hakimlərinə kəskin etirazlarını bildiriblər. Yığmamızın üzvləri rəqib oyunçuları hakimlərdən uzaqlaşdırmaq istəyərkən tərəflər arasında mübahisə yaranıb. Daha sonra mübahisə əlbəyaxa dava çevrilib.
Yalnız asayiş keşikçilərinin köməkliyi ilə bir neçə dəqiqədən sonra futbolçuları sakitləşdirmək mümkün olub.
Xatırladaq ki, bu, martın 14-də yığmamızın baş məqçisi təyin olunan Ayxan Abbasovun 4-cü sınağı olub. Bundan öncə gənc çalışdırıcının rəhbərliyi altında komandamız Moldova (2:0), Şimali Makedoniya (0:0) və Belarusla (1:3) yoxlama matçları keçiriblər.