66f6607c73d48202409243628
Moruqdan müalicə preparatının hazırlanması - QAYDA

Cavanlıq va uzunömürlülük eliksirinin hazırlanması. Moruğun bütün hissələri kökündən, çiçək yatağından tutmuş yarpağına qədər müalicəvi təsirə malikdir. Giləmeyvəsi damarların divarlarını möhkəmləndirir, ödqovucu və sidikqovucu təsirə malikdir. 136 Bundan başqa moruğun giləmeyvəsi orqanizmdə alkoholun və kəskin zəhərləyici maddələrin ani surətdə kənar edilməsində mühüm əhəmiyyət kəsb edir. Meyvəsi xəstəlik törədən mikroorqanizmlərin orqanizmə təsirini zəiflədir və xəstənin tez sağalıb ayağa durmasına kömək göstərir. Buna görə də xalq təbabətində moruğun mürəbbəsi qripin, zökəmin, kəskin virus xəstəliklərinə qarşı profilaktik vasitə kimi geniş surətdə istifadə edilir. Tərkibindəki floiev turşusu orqanizmin immunitetini artırır. Mpruğun giləmeyvəsində çoxlu miqdarda sellüloz olduğu halda, yağ maddəsi aşkar edilməmişdir.

Buna görə də moruqdan nə qədər yeyirsənsə kökəlmə prosesi baş verməyəcəkdir. Bitkinin yarpaq, çiçək və kök hissəsində çoxlu miqdarda 100 q (400- 500 mq) C vitamini olduğudan bundan hazırlanan çay orqanizmdə immunitetin və fiziki qüvvənin yüksəlməsinə köməklik göstərir. Əbəs yerə moruğu sağlıq və uzunömürlülük vasitəsi adlandırmırlar. Qurudulmuş yarpaq və çiçəklərindən hazırlanan cövhəri boğaz ağrılarını, laringit, bronxit zamanı baş verən öskürəyi azaldır, daxildə baş verən qanaxmaları dayandırır. Yarpaqlarından hazırlanmış dəmləmədən dəridə əmələ gələn çiban yaralann müalicəsində istfıadə edilir./saglamolun.az 

27.09.2024 11:35
105

(MGID): :
OXŞAR XƏBƏRLƏR