68676b0c8dd98202507254756

Moskvada azərbaycanlı qanuni oğru saxlanılma anı - VİDEO

04 İyul 2025
358

Moskvada ən nüfuzlu “qanuni oğrulardan” biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya mənbələri yayıb.

 

İddialara görə, Vaqif Süleymanov uzun illərdir kriminal aləmdə tanınır və postsovet məkanında geniş əlaqələrə sahibdir. Onun Moskvada xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir.

 

Rəsmi qurumlardan hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Hadisənin detalları və saxlanmanın səbəbi araşdırılır.