6526729b28bb9202310230203
Moskvada metroda iki qatar toqquşdu - VİDEO

Moskva metrosunun Lyublinsko-Dmitrovskaya xəttinin "Peçatniki" stansiyasında iki qatar toqquşub.

Panarama.az bildirir ki, BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Onlardan biri vaqonda sıxılmış vəziyyətdə qalan sürücüdür. Hazırda xilasedicilər onu çıxarmağa çalışırlar.

Moskvanın Nəqliyyat Departamentindən verilən məlumata görə, "Lyublino" stansiyasından "Dubrovka" stansiyasına qatarların hərəkəti dayandırılıb.

Hazırda "Mosmetro"nun bütün xidmətləri ərazidə nəqliyyatın hərəkətini bərpa etmək üçün çalışır.

Görüntüləri təqdim edirik:



11.10.2023 13:59
245

(MGID): :
OXŞAR XƏBƏRLƏR