64e3ba70a51e3202308232640
Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə “Ural” markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib.

 

Panarama.az Sfer.az-a istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.

21.08.2023 23:25
208

(MGID): :
OXŞAR XƏBƏRLƏR