64df0fed8d225202308233005
Müəllimlərin Nəzərinə...
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mövzuları haırlanıb.
Panarama.az bildirir ki, bu barədə İnsan Resursları Mərkəzinin facebook səhifəsində  müsahibə mərhələsi mövzuları ilə bağlı məlumat verilib

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb. Müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcək.

Sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlərə uğurlar arzulayırıq!

18.08.2023 10:23
276

(MGID): :
OXŞAR XƏBƏRLƏR