66e301924ab1e202409245826
“Müğənnilər toya zirehli jiletdə getməlidirlər" - VİDEO

Aparıcı İlqar Mikayıloğlu açıqlaması ilə diqqət çəkib.

Panarama.az axşam.az-a istinadən xəbər verir ki, o, "Günə bax" verilişində müğənnilərin toya zirehli jiletdə getməli olduğunu bildirib:

"Müğənnilərin toya gedərkən təhlükəsizliyi individual formada təşkil olunmalıdır. Ona görə də bir dəfilə təşkil etmişəm. Mənim aləmimdə bu belədir, müğənnilər bundan sonra toya zirehli jiletdə getməlidirlər".

Maraqlı məqamlardan biri də studiyada jiletləri nümayiş etdirən hər 3 şəxsin onları tərs geyinməsi olub.

Qeyd edək ki, ötən gün müğənni Kərim Abbasov qatıldığı toy məclislərindən birində ev sahibi tərəfindən döyülüb. Buna səbəb isə onun fonoqram oxuması olub.


12.09.2024 18:57
135

(MGID): :
OXŞAR XƏBƏRLƏR