65b639c075426202401242552
Müsəlman olmayan azərbaycanlı məşhurlar

Adətən insanlar doğulduqları ailənin adət-ənənələri, dini inancları ilə böyüyürlər. Bəzi insanlar kamilləşdikdən sonra dini fikirləri dəyişir və fərqli dinlərə üz tuturlar.

Panarama.az Azərbaycanda yaşayan müsəlman olmayan məşhurlar barədə məlumat verir.

Aktrisa Nəzakət Məmmədova müsəlman ailədə doğulsa da, sonralar xristianlığı qəbul edib.

Azərbaycanlı idmançılar Aleksandr Səmədov və Fəridə Əzizovanın da xristianlığı qəbul etdiyi iddia olunur.

Müğənni Ayan Babakişiyeva yəhudi ailəsində doğulub və ailəsinin inancları ilə yaşayıb.

Şair Aqşin Yenisey müsəlman ailədə doğulsa da, ateist olduğunu bildirib. 

Müğənni Xəyyam Nisanov da yəhudi ailəsində doğulub və ”Musəvi”dir./azerforum.az

28.01.2024 15:24
966

(MGID): :
OXŞAR XƏBƏRLƏR