64e4ae297662b202308234633
Naira Zohrabyan: “Paşinyan qan tökməyə hazırdır”

“Nikol Paşinyan öz hakimiyyətini saxlamaq naminə hər şeyə, o cümlədən qan tökməyə hazırdır”.

Panarama.az  Konkret.az-a istinadən bildirir ki,   bunu ictimai xadim Naira Zohrabyan bildirib.

Onun sözlərinə görə, Paşinyan 2018-ci ildə qan tökülməsinə getməyə hazır olub və bəyan edib ki, Ermənistanın baş naziri o olmalıdır, başqa heç kim yoxdur. İndi də Paşinyan hakimiyyəti saxlamaq üçün güc tətbiq edəcək.

“Bizim üçün nəyin daha vacib olduğuna qərar verməliyik? Biz türk vilayət statusuna malik bir ölkədə yaşamağa hazırıqmı? Biz öz ölkəmizdə üçüncü dərəcəli vətəndaş olmağa hazırıqmı? Amma Paşinyan ölkəni məhz buna aparır”, – deyə Zohrabyan bildirib.

Zohrabyan qeyd edib ki, Paşinyan mövcud siyasətə lazımi səviyyədə müqavimət nümayiş etdirməlidir. İndiki baş nazir hədsiz qorxaqdır və ona görə də konsolidasiya və real müqavimət sözsüz ki, hakimiyyətin dəyişməsini təmin edəcək, Paşinyanın bu halda getməsi bir neçə saatlıq məsələ olacaq”.

22.08.2023 16:44
251

(MGID): :
OXŞAR XƏBƏRLƏR