64d9e02c8f623202308230500
Naxçıvan mədəniyyət nazirinin müavini işdən çıxarılıb - Yeni təyinat

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov işdən azad olunub.

Panarama.az   report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci müavini Azər Zeynalov Sərəncam imzalayıb.

A.Zeynalovun digər sərəncamı ilə Həsən İbrahim oğlu Seyidov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

O, eyni zamanda nazirin vəzifələrini də müvəqqəti icra edəcək.

14.08.2023 12:02
321

(MGID): :
OXŞAR XƏBƏRLƏR